“ABŞ Ermənistan və Türkiyə arasında əməkdaşlığı alqışlayır” – Louis Bono


Birləşmiş Ştatlar Ermənistanın Suriya xalqına humanitar yardım göstərməsinə imkan yaratmaq üçün Marqara-Əlican sərhəd keçidinin müvəqqəti açılması istiqamətində Ermənistan və Türkiyə arasında əməkdaşlığı alqışlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli əməkdaşı Lui Bono "X" sosial şəbəkəsində yazıb.
"Bu, Cənubi Qafqazda əməkdaşlığın bütün regiona necə fayda verdiyini göstərir", - o əlavə edib.
Qeyd edək ki, dünən – martın 21-də Suriyaya humanitar yardım aparan 4 yük maşını Ermənistan-Türkiyə sərhədindəki Marqara-Əlican keçid məntəqəsindən keçib. Marqara-Əlican keçid məntəqəsi martın 31-dək Suriyaya humanitar yardım aparan Ermənistana məxsus yük maşınları üçün açıq olacaq.

DİGƏR XƏBƏRLƏR

Top