Bu gün millimiz 2025-ci ildəki ilk oyununu keçirəcək


Bu gün Azərbaycan milli komandası 2025-ci ildə ilk oyununu keçirəcək. 
Yeniavaz.com
xəbər verir ki, milli komanda yoxlama oyununda ilk dəfə Haiti millisi ilə qarşılaşacaq. 
Saat 21:45-də başlayacaq oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Oyunun hakimləri Türkiyədən olan Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta və azərbaycanlı Fərid Hacıyev olacaq.

DİGƏR XƏBƏRLƏR

Top