Dünyanın “ən eybəcər balığı” “ilin balığı” elan olundu


Yeni Zelandiyanın “Mountains to Sea Conservation Trust” ətraf mühitin mühafizəsi təşkilatı psixrolut balığını “İlin Balığı” elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Psixrolutlar həmçinin "blobfish" kimi tanınan, Avstraliya, Yeni Zelandiya və Tasmaniya sahillərində təxminən 1000 metr dərinlikdə yaşayan balıqlardır.
Bu balıqlar üzləri insan sifətinə bənzəyən balıqlar kimi də tanınırlar.
“Mountains to Sea Conservation Trust” tərəfindən keçirilən yeni müsabiqədə bu balıq ən yaxın rəqibi ilbiz balığından demək olar ki, 300 səs çox toplayıb. Balina köpəkbalığı isə "ilin balığı" reytinqində üçüncü yeri tutub.
Qeyd edək ki, 2013-cü ildə psixrolut “dünyanın ən eybəcər balığı” elan olunub. 

DİGƏR XƏBƏRLƏR

Top