
Türk kino və televiziya dünyasının duayenlərindən biri, bir çox fenomenal film və serialların rejissoru və prodüsseri Osman Sınav 69 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Sınavın ölümü məşhurlar arasında dərin hüznlə qarşılanb.
Sosial şəbəkə hesablarında başsağlığı verən məşhurlardan bəzilərini təqdim edirik:
Yılmaz Ərdoğan: Başımız sağ olsun.
Necati Şaşmaz: Bir müddətdir xərçəng müalicəsi alan Osman Sınavı itirdik. Ailəsinə və bütün sevənlərinə başsağlığı diləyirik.
Oktay Kaynarca: Məkanın Cənnət olsun dayı.
Zafer Ergin: Allah rəhmət eləsin. Məkanı Cənnət olsun.
Güven Hökna: Osman Sınavı itirdik. Çox kədərliyəm. Məkanı Cənnət olsun.
Hülya Koçyiğit: Əziz dostum Osman Sınavın vəfat xəbərini böyük kədərlə öyrəndim. Kino və televiziya dünyasında bir çox ilklərə imza atan Osman Sınav bizim üçün çox böyük dəyər idi. Xalqımızın, cəmiyyətmizin dərinliklərini əsərlərində ustalıqla əks etdirirdi. Bilirəm ki, onun yaradıcılıq dühası və işinə olan həvəsi bizi daim ruhlandıracaq. Allahdan ona rəhmət, ailəsinə və bütün sevənlərinə səbr diləyirəm. Məkanını Cənnət olsun, əziz Osman Sınav.
Selçuk Yöntem: Hazırda yazmaq çox çətindir. Əziz dostum Osman, o qədər gözəl işlər gördük ki, unuda bilmirəm. Kino və serial dünyasına verdiyin töhfələr unudulmazdır. Sənin üçün çox darıxacağam. Nurlar içimdə yat.
Begüm Kütük: Sən əsl ustad, əsl ilham mənbəyi idin. Səninlə işləmək böyük bir şans idi. Nurlar içində yat!
Burak Özçivit: Allah rəhmət eləsin. Məkanı Cənnət olsun.
Mustafa Sandal: Türk kino və serial dünyasının başı sağ olsun. Məkanın Cənnət olsun, Osman Sinav.
Qeyd edək ki, Osman Sınav “Kurtlar vadisi”, “Acı hayat”, “Deli yürek”, “Sen anlat Karadeniz”, “Ekmek teknesi” kimi məşhur serialların rejissoru olub.