
Keçmiş Ultimate Fighting Championship (UFC) çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “First Sport” teleqram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, bu, artıq 2025-ci ilin noyabrında keçiriləcək növbəti seçkilərdə baş verəcək.
Qeyd edək ki, döyüşçü İrlandiyada miqrantların qatı əleydarı kimi tanınır. Hətta o, yaxın tarixdə bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampla da görüşüb. Orada Makqreqor ölkəsinin hökumətini qeyri-qanuni miqrasiyanı təşviq etdiyinə görə tənqid edib.
Xatırladaq ki, 36 yaşlı Makqreqorun son döyüşü UFC 264 turnirində amerikalı Dastin Porye ilə olub. Qarşılaşma ilk raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb.