Maşından düşən kimi dəhşətli qəza oldu – Anbaan video


Sürücünün nəzərdə tutulmayan yerdə sərnişini endirməsi, eləcə də avtomobilin sürətli şəkildə idarə olunması sonda qəzaya səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ölkədə qeydə alınan yol qəzalarına təkcə sürücülərin yox, piyadaların da diqqətsizliyi səbəb olur. Bəzən yaxınlıqdakı keçidlərdən istifadə etməyən, işıqforu gözləməyən piyadalar avtomobillərin sürətlə hərəkət etdiyi yola çıxırlar. Bu diqqətsizlik ya onların ölümü, ya da bir neçə avtomobilin toqquşması ilə nəticələnir.
“Piyada yolu keçməyin onun üçün tam təhlükəsiz olacağını əmin olduqdan sonra hərəkətə keçməlidir. Piyada hər zaman düşünməlidir ki, yaxınlaşan avtomobilin sahibi yol hərəkəti qaydalarına əməl etməyə bilər. Yəni, piyada öz təhlükəsizliyini təmin etməlidir. Sutkanın qaranlıq vaxtında da piyada nəqliyyat vasitələrinin məsafəsini, sürətini qiymətləndirməlidir”, - məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top