“Telegram”ın aylıq istifadəçi auditoriyası milyarda çatdı


“Telegram”ın aylıq auditoriyası bir milyard aktiv istifadəçini ötüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə messencerin təsisçisi Pavel Durov məlumat yayıb.
Onun sözlərinə görə, “Telegram” dünyada ikinci ən populyar mesajlaşma proqramına çevrilib (Çinin “WeChat” proqramı istisna olmaqla).
“Telegram”dan əvvəl birinci yerdə Durov öz messencerinin “ucuz” təqlidi adlandırdığı “WhatsApp”dır.
“İllərdir onlar ümidsizcə yeniliklərimizi kopyalamağa çalışır, bizi yavaşlatmaq üçün lobbiçilik və PR kampaniyalarına milyardları yandırırlar. Onlar uğursuz oldu. “Telegram” böyüdü, gəlirli oldu və rəqibimizdən fərqli olaraq müstəqilliyini qoruyub saxladı”, - Durov yazıb.
Həmçinin, Durovun yazdığı kimi, istifadəçi cəlbi artır. O, iddia edir ki, hər bir istifadəçi orta hesabla gündə 21 dəfə tətbiqi açır və hər gün orada 41 dəqiqə vaxt keçirir. Durovun sözlərinə görə, 2024-cü ildə mənfəət 547 milyon dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top