Xaricdən gətirilən mallar bahalanır


Son illər ixrac olunan məhsulların qiymət indeksi davamlı olaraq artır.
Yeniavaz.com
açıqlanan sonuncu rəsmi məlumata istinadən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında ixrac olunan məhsulların qiyməti 19,7% artıb.
Məlumat üçün bildirək ki, ixrac olunan məhsulların qiymət indeksi xaricdən ölkəyə gətirilən məhsulların nə qədər bahalandığını göstərir.
Qeyd edək ki, ötən il ixrac olunan məhsulların qiymət indeksi 18,1%, 2023-cü ildə isə 16,7% olub.
Onu da qeyd edək ki, idxal məhsullarının qiyməti ilə birgə bu məhsulların miqdarı da artır. Əgər 2023-cü ildə xaricdən 17,3 milyard manatlıq məhsul idxal olunubsa, 2024-cü ildə bu göstərici 21,1 milyard dollara yüksəlib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top