
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılma səbəbi açıqlanıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu Əkrəm İmamoğlu, İBB baş katibinin müavini Mahir Polat və Şişlinin bələdiyyə sədri Rəsul Emrah Şahan, eləcə də daha 4 nəfər barəsində PKK/KCK terror təşkilatına yardım etmək ittihamı ilə saxlanılma qərarı çıxarıb.
Xatırladaq ki, bu gün səhər İBB sədri Əkrəm İmamoğlu saxlanılıb və onun evində axtarış aparılıb.
Ötən gün isə İstanbul Universiteti Ə. İmamoğlunun bakalavr diplomunun ləğv edilməsi barədə qərar verib.
Qeyd edək ki, İmamoğlu martın 23-də Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidenliyə namizədinin müəyyənləşəcəyi partiyadaxili seçkiyə hazırlaşırdı. O, CHP-nin prezidentliyə ən böyük namizədi hesab olunur.