
İstanbulda 4 gün (19-23 mart) aksiya keçirilməsi qadağan olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Bildirilib ki, həmin müddət ərzində meqapolis ərazisində hər cür toplantı, aksiya və mətbuata bəyanatlar qadağan edilib.
Xatırladaq ki, bu gün səhər İstanbul Böyük şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılması barədə qərar verilib və onun evində axtarış aparılıb.
Ötən gün isə İstanbul Universiteti Ə. İmamoğlunun bakalavr diplomunun ləğv edilməsi barədə qərar verib.
Qeyd edək ki, İmamoğlu martın 23-də Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidenliyə namizədinin müəyyənləşəcəyi partiyadaxili seçkiyə hazırlaşırdı. O, CHP-nin prezidentliyə ən böyük namizədi hesab olunur.