Zelenskinin ofisi Putin-Tramp söhbətinə reaksiya verdi


Ukrayna prezidentinin ofisi Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında söhbətdən sonra bildirib ki, Rusiya münaqişədə təklif olunan atəşkəsdən imtina edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBC-Ukrayna” idarədəki mənbəyə istinadən məlumat yayıb.
Onlar Amerika tərəfdən ətraflı məlumat gözlədiklərini bildiriblər:
“Hazırda Ukraynada raket təhlükəsi elan edilib və PUA-lar uçur, buna görə də müqavilələr hələ işləmir”.
Zelenskinin ofisi həmçinin əlavə edib ki, hazırda Ukraynada sülhə nail olmaq üçün növbəti addımlar üzərində işləyirlər:
“Hazırda komanda səviyyəsində detalları işləyirik və tərəfdaşlarla birlikdə növbəti addımları atmağa hazırıq, lakin bu, tərəfdaşlarla birlikdə edilməlidir, çünki bu, effektiv ola biləcək yeganə yoldur”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında telefon danışığı başa tutub. Bu, Trampın Ağ Evə qayıtmasından sonra iki lider arasında ikinci söhbətdir.

DİGƏR XƏBƏRLƏR

Top