Qəzzada baş nazir və dörd HƏMAS lideri öldürüldü


Qəzza zolağı hökumətinin baş naziri və hərəkatın digər dörd tanınmış lideri İsrail Hərbi Hava Qüvvələrinin ötən gecə zolağa endirdiyi hava zərbələri nəticəsində ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, Fələstinin HƏMAS hərəkatı da İsrailin hava hücumu nəticəsində öldürülən Qəzzanın baş naziri İssam əd-Dalisin ölümünü təsdiqləyib.
Bundan əlavə, HƏMAS etiraf edib ki, İsrail Hərbi Hava Qüvvələrinin anklavda keçirdiyi reyd zamanı hərəkatın siyasi bürosunun üzvü Yasir Harb, hərəkatın daxili təhlükəsizlik xidmətinin rəhbəri Bəhcət Əbu Sultan, Qəzzadakı HƏMAS hökumətində daxili işlər nazirinin müavini Mahmud Əbu Vətfa və ədliyyə nazirinin müavini Əhməd Əl-Xətta öldürülüb.
Qeyd edək ki, martın 18-də İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına məxsus terror hədəflərinə irimiqyaslı zərbələr endirdiyini bildirib. Bu barədə “Axios” portalının jurnalisti Barak Ravid İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə istinadla “X” sosial şəbəkə hesabında məlumat verib.
Bununla da, İsrail HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa etdiyini bildirib.
“Al-Arabiya” telekanalının yaydığı son məlumatlara görə, ölənlərin sayı 400-ü keçib, 1000-ə yaxını isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top