Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? – İsrailə satış tam dayanıb


Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan xarici ölkələrə 4 milyon 778 min 404 ton xam neft və xam neft məhsulları satıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixrac olunan xam neftin gömrük dəyəri 2 milyard 672 milyon 368 min dollar olub.
Açıqlanan rəqəmlərdən belə görünür ki, Azərbaycan neft və xam neft məhsullarının 1 tonunu 559 dollara satıb.
Xam nefti ən baha qiymətə Bolqarıstana (609 dollar), ən ucuz qiymətə isə Türkiyəyə (504 dollar) satmışıq.
Xarici ölkələrə satılan neftin miqdarı və statistik dəyərini ölkələr üzrə təqdim edirik:

Məlumat üçün bildirək ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 4,6 milyon ton neft satıb və bunun 19%-i və ya 884 min tonu İsrailin payına düşüb. İsrail ötən il İtaliyadan sonra Azərbaycandan ən çox neft alan 2-ci ölkə olub. Lakin, bu ilin ilk 2 ayında Azərbaycan İsrailə neft satışını dayandırıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top