
“Mançester Siti” rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə ispaniyalı baş məşqçi Xosep Qvardiola ilə yollarını ayırmağa hazırlaşır.
Yeniavaz.com “E-notiсies” portalına istinadla xəbər verir ki, artıq rəhbərlik yeni baş məşqçi axtarışlarına başlayıb.
Portalın məlumatına görə, İngiltərə klubunun rəhbərliyi “Barselona”nın və İspaniya millisinin əfsanəvi sabiq futbolçusu Sesk Fabreqasın namizədliyi ilə bağlı qərar verib.
Qeyd edək ki, Fabreqas hazırda İtaliyanın “Komo” klubuna başçılıq edir.
Xatırladaq ki, hazırda “Mançester Siti” Premyer Liqanın turnir cədvəlində beşinci yeri tutur.