
Türkiyə Avropa İttifaqını (Aİ) Suriyaya qarşı bütün sanksiyaları qeyd-şərtsiz ləğv etməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Qeyd edək ki, bazar ertəsi Avropa İttifaqı Suriyaya dəstək üçün doqquzuncu beynəlxalq konfrans keçirəcək. İlk dəfə olaraq Suriya hökumətinin nümayəndələri - yeni müvəqqəti hakimiyyət orqanları iştirak etmək üçün dəvət edilib. Tədbirin məqsədi Suriyada keçid dövrü və 13 ildən çox davam edən vətəndaş müharibəsindən sonra yenidən qurulması üçün beynəlxalq dəstəyin cəlb edilməsidir. Avropa bloku artıq fevralın 24-də Suriya prezidenti Əhməd əl-Şərənin üzləşdiyi bəzi problemləri yüngülləşdirmək üçün Suriyanın enerji, nəqliyyat və bank sektorlarına qarşı sanksiyaların yumşaldıldığını elan edib.