
“İnandırım sizi, heç kim bizimlə oynamaq istəmir”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri apapsort.az saytına müsahibəsində Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov deyib.
“Biz necə fikirləşiriksə, məsələn, niyə Haiti ilə oynayırıq, başqaları da belə fikirləşir ki, bizə Azərbaycan kimi rəqib lazım deyil. Təəssüf. Bu oyunlar bizə əlavə motivasiya verəcək ki, qarşıdakı matçlara ciddi və daha yaxşı hazırlaşaq. Bu oyunçuları yaxşı analiz edib, araşdırmaq olacaq”, - deyə Əfran İsmayılov bildirib.
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də saat 21:45-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti millisi ilə yoldaşlıq oyunu keçirəcək.