
Avropada qızılcaya yoluxma hallarının sayı keçən il iki dəfə artaraq son 25 ilin ən yüksək səviyyəsinə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) birgə hesabatında qeyd olunub.
“Qızılca geri döndü və bu, narahatedici bir əlamətdir”, - deyə ÜST-nin Avropa üzrə Regional Direktoru Henri Kluge bildirib.
ÜST və UNICEF-in 53 ölkəni əhatə edən birgə təhlilində qeyd olunub ki, 2024-cü ildə Avropa ölkələrində 127 min 350 qızılca hadisəsi qeydə alınıb ki, bu da 1997-ci ildən bəri ən yüksək göstəricidir.
Bu il martın 6-a qədər isə qızılcadan 38 ölüm qeydə alınıb.
“Bir çox ölkələrdə peyvənd nisbətləri hələ pandemiyadan əvvəlki səviyyəyə qayıtmayıb və bu , epidemiya riskini artırır”, - qurumların birgə məlumatında deyilir.