
Çin hakimiyyəti texnologiya sızmasından qorxaraq “DeepSeek” AI startapının əsas işçilərinin xaricə səyahətinə məhdudiyyətlər qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Information” (TI) məlumat yayıb.
Mənbənin sözlərinə görə, nəzarət bəzi mütəxəssislərin pasportlarına saxlayan “High-Flyer” ana şirkəti vasitəsilə həyata keçirilir. İşçilərin rəsmi icazəsi olmadan Çindən kənara çıxmasına icazə verilmir.
Tədbirlər Çin hökumətinin süni intellekt sənayesi nümayəndələrinə ABŞ-yə səyahət etməməyi tövsiyə etməsindən sonra qəbul edilib. Tövsiyəyə milli təhlükəsizlik narahatlıqları və artan geosiyasi rəqabət fonunda texnoloji sirlərin qorunması səbəb olub.
Bundan əlavə, Çin hakimiyyətinin şirkətin investisiya fəaliyyətinə nəzarəti gücləndirdiyi bildirilir. Bütün potensial investorlar “DeepSeek”ə investisiya etməkdən əvvəl ciddi hökumət yoxlamasından keçirlər.