“Volkswagen” silah istehsalına başlaya bilər


“Volkswagen” (VW) öz zavodlarında hərbi texnika istehsalına açıqdır.
Yeniavaz.com
ZDF telekanalına istinadla xəbər verir ki, bunu “Volkswagen”in CEO-su Oliver Blume bildirib.
“Biz hərbi texnikaya olan tələbatı o cümlədən ordu üçün nəqliyyat vasitələri baxımından çox diqqətlə öyrənirik”, - şirkət CEO-su qeyd edib.
O, şirkətin əvvəllər ordu üçün nəqliyyat vasitələri istehsal etdiyini də xatırladıb. Belə ki, İkinci Dünya Müharibəsi zamanı “Wehrmacht”ı təchiz etməklə yanaşı, Qərbi Almaniya ordusu üçün “Volkswagen Type 181” istehsal edib.
Bununla yanaşı, Blume hazırda bu məsələ ilə bağlı konkret qərarın verilmədiyini vurğulayıb.
Telekanal qeyd edir ki, Avropanın ən böyük avtomobil istehsalçısı ciddi qənaət siyasətinə başlayıb. Konsern 2030-cu ilə qədər 35 mindən çox iş yerini ixtisar etmək niyyətindədir. Bəzi zavodlarda avtomobil istehsalı dayandırılacaq və onlar üçün yeni inkişaf konsepsiyası hazırlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top