“Apple” qulaqcıqları sinxron nitq tərcüməsi funksiyasını əldə edə bilər


““Apple” istifadəçilərə real vaxt rejimində xarici nitqin tərcümələrini eşitməyə imkan verəcək “AirPods” üçün yeni funksiya üzərində işləyir”.
Yeniavaz.com
“Bloomberg”ə istinadən xəbər verir ki, texnologiya 2025-ci ildə planlaşdırılan proqram təminatı yeniləməsinin bir hissəsi olacaq.
Yenilik, çox güman ki, “iOS 19” ilə təqdim olunacaq və süni intellekt və nitqin emalı sahəsində “Apple” ekosisteminin inkişafında əsas element olacaq. “iOS 19”, “iPadOS 19” və “macOS 16”nın ilk beta versiyasının illik WWDC tərtibatçılar konfransının bir hissəsi olaraq 2025-ci ilin iyununda buraxılacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top