Bəşir Süleymanlının həbs edildiyi bildirilir


Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının həbs edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, QHT sədri Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib:
“Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.
Bəşir Süleymanlı barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib”.

DİGƏR XƏBƏRLƏR

Top