Rusiya Bakı və İrəvan arasındakı sazişin yekunlaşdığına münasibət bildirdi


Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şərhində bildirib.
“Biz Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq. Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci il tarixlərində diplomatiya rəhbərlərinin üçtərəfli sazişlərində nəzərdə tutulduğu kimi Ermənistan-Azərbaycan münasibətlərinin tam və hərtərəfli normallaşmasına nail olmaq istiqamətində bu mühüm addımı dəstəkləyirik”, - Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi ikitərəfli münasibətlərin bütün spektrini normallaşdırmaq, həmçinin sülh müqaviləsi imzalamaq üçün Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır.
Şərhdə deyilir ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesinə kömək etmək məqsədi daşıyır.

DİGƏR XƏBƏRLƏR

Top