
Ekvadorda itkin düşən perulu balıqçı 95 gündən sonra sağ tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Peru 21” milli qəzeti məlumat yayıb.
Bildirilib ki, Napa Kastro sonuncu dəfə 2024-cü il dekabrın 7-də doğma şəhəri Markonadan “Qaton 2” adlı balıqçı qayığı ilə dənizə çıxanda görülüb. Kişi yaxınları ilə əlaqə saxlayıb, lakin 10 gün sonra Santa Rosa adasından 40 mil aralıda itkin düşüb.
Balıqçının yaxınları kömək üçün dərhal səlahiyyətlilərə müraciət etsələr də, axtarışlar müsbət nəticə verməyib. 84 gün ərzində onun harada olduğu bilinməyib.
Napa Kastro Ekvador sularında sağ tapılıb və Ekvador balıqçı gəmisinin heyəti tərəfindən xilas edilib. Həmin vaxt onun vəziyyəti ağır olub, o, son 15 günü susuz keçirdiyi üçün susuzluqdan əziyyət çəkirdi.
Xilasetmədən demək olar ki, dərhal sonra balıqçı yaxınları ilə videobağlantı vasitəsilə əlaqə saxlayıb, sağ-salamat olduğunu bildirib.