
Bu ilin yanvar ayı ərzində Azərbaycana 10 ölkədən ümumi dəyəri 689 milyon 947 min 180 dollar olan 7 min 950,5 kiloqram qızıl idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qızılın bir qramının orta gömrük dəyəri 86,8 dollar (147,5 manat) olub.
Bu ilin ilk ayında Azərbaycana qızıl aşağıdakı ölkələrdən gətirilib:
Avstraliya – 2 666,5 kq (bir qramının orta gömrük dəyəri 84,8 dollar);
Meksika – 2 007,11 kq (87 dollar);
Böyük Britaniya – 1 136,34 kq (88,3 dollar);
Rusiya – 995,01 kq (88,3 dollar);
Çin – 486,19 kq (88,3 dollar);
Braziliya – 324,47 kq (88,3 dollar);
ABŞ – 261,14 kq (87,1 dollar);
İspaniya – 48,16 kq (88,3 dollar);
Kanada – 12,97 kq (88,3 dollar);
İsveçrə – 12,57 kq (85,6 dollar).
Məlumat üçün onu da bildirək ki, Azərbaycana idxal edilən qızıllar Dövlət Neft Fondu tərəfindən satın alınır.
Qeyd edək ki, bu ilin əvvəlinə olan məlumata görə, Neft Fondunun 146,6 ton qızıl ehtiyatı var. Bu göstəriciyə görə Azərbaycan dünyada 30-cu sırada qərarlaşıb. Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkə ABŞ hesab olunur. Bu ölkənin 8 133 ton qızıl ehtiyatı var.
Keçmiş SSRİ və region ölkələri arasında Azərbaycandan daha çox qızılı olan 4 ölkə mövcuddur: Rusiya (2 336 ton), Türkiyə (615 ton), Özbəkistan (383 ton) və Qazaxıstan (284 ton).
Bu ilin əvvəlinə olan məlumata görə, dünya ölkələrinin qızıl ehtiyatları (ton) aşağıdakı kimidir:
ABŞ - 8 133;
Almaniya - 3352;
İtaliya- 2452;
Fransa - 2437;
Rusiya - 2336;
Çin - 2280;
İsveçrə - 1040;
Hindistan - 876;
Yaponiya - 846;
Türkiyə - 615;
Niderland - 612;
Avrozona - 507;
Polşa - 448;
Tayvan - 424;
Portuqaliya - 383;
Özbəkistan - 383;
Səudiyyə Ərəbistanı - 323;
Böyük Britaniya - 310;
Livan - 287;
Qazaxıstan - 284;
İspaniya -282;
Avstriya - 280;
Tayland - 235;
Belçika - 227;
Sinqapur - 220;
Əlcəzair - 174;
Venesuela - 161;
İraq - 153;
Liviya - 147;
Azərbaycan - 146.6;
Braziliya - 130;
Filippin - 128;
Misir - 127;
İsveç - 126;
Cənubi Afrika Respublikası - 125;
Meksika - 120;
Yunanıstan - 115;
Qətər - 111;
Macarıstan - 110;
Cənubi Koreya - 104;
Rumıniya - 104;
Avstraliya - 79.87;
Küveyt - 78.97;
İndoneziya - 78.57;
Birləşmiş Ərəb Əmirlikləri - 74.66;
İordaniya - 71.65;
Danimarka - 66.55;
Pakistan - 64.74;
Argentina - 61.74;
Belarus - 53.88;
Çexiya - 51.18;
Finlandiya - 49.02;
Serbiya - 48.15;
Kamboca - 42;
Bolqarıstan - 40.87;
Malayziya - 38.88;
Qırğızıstan - 38.13;
Boliviya - 34.79;
Peru - 34.67;
Slovakiya - 31.69;
Qana - 30.53;
Ukrayna - 27.37;
Ekvador - 26.28;
Suriya - 25.82;
Mərakeş - 22.12;
Əfqanıstan - 21.87;
Nigeriya - 21.37;
Banqladeş - 14.26;
Kipr - 13.9;
Mavrikiy - 12.42;
İrlandiya - 12.04;
Tacikistan - 8.46;
Paraqvay - 8.19;
Nepal - 7.99;
Myanma - 7.27;
Qvatemala - 6.89;
Makedoniya - 6.89;
Tunis - 6.84;
Latviya - 6.66;
Litva - 5.82;
Kolumbiya - 4.68;
Bəhreyn - 4.67;
Mozambik - 3.94;
Monqolustan - 3.88;
Albaniya - 3.42;
Sloveniya - 3.17;
Aruba - 3.11;
Lüksemburq - 2.24;
Honq Konq - 2.08;
İslandiya - 1.98;
Papua Yeni Qvineya - 1.96;
Trinidad və Tobaqo - 1.95;
Haiti - 1.81;
Yəmən - 1.56;
Bosniya və Herseqovina - 1.49;
Salvador - 1.37;
Surinam - 1.21;
Honduras - 0.7;
Dominikan Respublikası - 0,57;
Şri Lanka - 0.47;
Malavi - 0.4;
Çili - 0,25;
Estoniya - 0,25;
Malta - 0.19;
Uruqvay - 0.1;
Burundi - 0.03;
Fici - 0.03;
Keniya - 0.02.
Elnur Əli