
Ukrayna Prezidenti Volodimir Zelenski martın 13-də müsəlmanların müqəddəs Ramazan ayı münasibətilə təşkil edilən iftarda iştirak edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin administrasiyası məlumat yayıb.
Məlumata görə, iftarda müsəlman hərbçilər qulluqçular, din xadimləri, müsəlman icmasının nümayəndələri, həmçinin, xarici diplomatlar və nazirlər iştirak edib.
O, müsəlman əsgərləri dövlət mükafatları ilə təltif edib.
O cümlədən, Zelenski şəhid əsgər Dilyavər Seytxəliyevin yaxınlarına Ukrayna Qəhrəmanının “Qızıl Ulduz” ordenini təqdim edib.
Prezident həmçinin əsgərlərə 3-cü dərəcəli “Boqdan Xmelnitski” ordeni, 3-cü dərəcəli “İgidliyə görə” ordeni, “Danilo Qalitski” ordeni və “Ukrayna qarşısında hərbi xidmətə görə” medalını təqdim edib.
İftar simvolik olaraq keçən il Rusiyanın pilotsuz təyyarəsinin hücumu nəticəsində zərər görən binada keçirilib.