“Boranı”dakı yanğın söndürülüdü – Yenilənib


Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin müdaxiləsi sayəsində məhdudlaşdırılaraq söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, əlavə məlumat veriləcək.

***10:26
Bakı şəhər Xətai rayonu ərazisində yerləşən “Boranı” restoranında yanğın başlayıb.
Yeniavaz.com
xəbər verir ki, Fövqəladə Hallar Naziriliyinin yaydığı məlumata görə, "112" qaynar xəttinə sözügedən yanğınla bağlı daxil olan məlumat əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunublar.
"Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - FHN-dən bildirilib.
Baku.es hadisə yerindən kadrlar yayıb.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top