
ABŞ Ukraynaya ATACMS raketləri əvəzinə yüksək dəqiqlikli uzaqmənzilli GLSDB raketlərini göndərmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
“Sursat Ukraynanın analoji mənzilli ATACMS taktiki raket sistemlərinin ehtiyatlarının tükənməsi ilə bağlı xəbərlər fonunda göndəriləcək”, - agentlik bildirib.
Nəşr yazır ki, GLSDB-lər Rusiyanın elektron əks-tədbir sistemlərinə daha yaxşı müqavimət göstərmək üçün təkmilləşdirilib. Bu mərmilərin alınması ilə bağlı müqavilələr ABŞ-nin 46-cı prezidenti Co Baydenin hakimiyyəti dövründə imzalanıb.
Qeyd olunur ki, bu mərmilər 150 km-ə qədər məsafədəki hədəfləri vurmağa qadirdir.
Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələri yaxın gələcəkdə GLSDB-dən döyüş meydanında istifadə edə biləcək. Çünki ehtiyatlar artıq Avropada mövcuddur. Agentlik həmçinin, vurğulayır ki, Ukrayna Silahlı Qüvvələri sonuncu dəfə bu sursatdan bir neçə ay əvvəl istifadə edib.