
Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Böyük Britaniyanın ilk rezident Müdafiə Attaşesi kimi komandir leytenant Qavin Tarbardın Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək”, - məlumatda deyilir.