Gürcüstanlı dizayner “Gucci”nin kreativ direktoru oldu


Gürcü dizayneri Demna Qvasaliya “Gucci” moda evinin yeni kreativ direktoru olub.
Yeniavaz.com
xəbər verir ki, bu vəzifədə o, italyan dizayner Sabato de Sarnonu əvəz edib.
Brendin social şəbəkə hesabında yayılan məlumata görə, 43 yaşlı Qvasaliya iyulun əvvəlində işə başlayacaq. İyulun 6-da o, “Balenciagada” son şousunu keçirəcək. Onun vəzifəsini kimin tutacağı hələlik açıqlanmayıb.
““Gucci” ailəsinə qoşulduğum üçün çox həyəcanlıyam. Dərin hörmət etdiyim və çoxdan heyran olduğum bir evin inkişafına töhfə vermək mənim üçün böyük şərəfdir”, - dizayner deyib.
Qeyd edək ki, Gürcüstan əsilli Demna Qvasaliya 2015-ci ildən “Balenciaga”nın kreativ direktorudur. O, həmçinin “Vetements”in qurucularından biridir - Demna və qardaşı Quram 2014-cü ildə brendi açıblar. Ekstravaqant şouları və yüksək qiymətləri ilə tanınan “Vetements”, bir il ərzində tez bir zamanda populyarlıq qazandı, jurnallar bunu moda dünyasında ən maraqlı hadisəsi adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top