
Türkiyəli aktyor Şinasi Yurtsever 51 yaşında dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında onun dostları məlumat yayıb.
Bildirilib ki, Yurtsever mədə xərçəngindən əziyyət çəkib.
Qeyd edək ki, aktyor 1997-2000-ci illərdə yayımlanan “Küçük İbo” serialındakı Selçuk obrazı ilə tanınıb. Daha sonra “Yılan Hikayesi”, “Kınalı Kar”, “Avrupa Yakası”, “Yabancı Damat”, “Bir Bulut Olsam” və “Aşk ve Ceza” kimi bir çox seriallarda rol alıb. O daha çox “Kardeş payı” serialındakı “Büyük Hilmi” və “İşler güçler” serialındakı “Hakkı” obrazları ilə məşhurlaşıb.