Paşinyan sülh müqaviləsi layihəsinin təsdiqini mühüm hadisə adlandırdı


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi layihəsinin təsdiqini mühüm hadisə adlandırıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, partiyasının üzvləri ilə görüşdən əvvəl jurnalistlərə bildirib.
Paşinyanın sözlərinə görə, hər iki tərəf mətni onlar üçün faydalı hesab edib.
Bundan əvvəl məlum olub ki, Bakı və İrəvan qalan iki bənd üzrə razılığa gələrək, sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar.

DİGƏR XƏBƏRLƏR

Top