
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh müqaviləsinin bütün bəndlərinin razılaşdırıldığını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Sənəddə qeyd olunur ki, Ermənistan XİN sülh müqaviləsinin həll olunmamış iki bəndi ilə bağlı Azərbaycanın təkliflərini qəbul etdiyini diplomatik kanallar vasitəsilə Bakıya çatdırıb.
“Sülh müqaviləsi imzalanmağa hazırdır. Ermənistan sazişin imzalanma vaxtı və yeri ilə bağlı Azərbaycanla məsləhətləşmələrə başlamağa hazırdır”, - bəyanatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ölkənin XİN-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırdığını açıqlayıb.