“Sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb, İrəvan qalan iki maddəni qəbul edib”


“Azərbaycan-Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son açıq qalan iki maddəni Ermənistan artıq qəbul etdiyini bizə çatdırıb:
“Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk Qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top