Türkiyədən ev alan azərbaycanlıların sayı artıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədən 137 mənzil satın alıblar.
Yeniavaz.com
Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən daha az – 112 mənzil alıblar.
Onu da bildirək ki, 2015-ci ilin əvvəlindən bu ilin mart ayının 1-nə kimi Azərbaycan vətəndaşları Türkiyədən ümumilikdə 10 min 771 mənzil alıblar.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Türkiyədən ən çox Rusiya (504 mənzil), İran (295 mənzil), İraq (202 mənzil), Ukrayna (180 mənzil), Almaniya (156 mənzil), Azərbaycan (137 mənzil),  Qazaxıstan (87 mənzil), Çin (84 mənzil)  və Əfqanıstan (79 mənzil) vətəndaşları ev alıb.
Bu ilin ilk iki ayında əcnəbilərin Türkiyədən aldığı mənzillərin sayı da ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, ötən ilin yanvar-fevral aylarında əcnəbilər Türkiyədən 3 928 mənzil aldıqları halda, bu ilin yanvar-fevral aylarında 3 023 mənzil satın alıblar.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top