“ASAN Xidmət” 20 milyon ədəd SMS alır – Qiyməti kəskin arta bilər


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən tender müsabiqəsi elan olunub.
Yeniavaz.com
xəbər verir ki, müsabiqənin şərtlərinə görə, “ASAN Xidmət” 20 milyon ədəd SMS satın alacaq.
Qeyd edək ki, “ASAN Xidmət” 20 milyon ədəd SMS-in ehtimal olunan qiymətini 778 min 800 manat müəyyən edib. Bu isə o deməkdir ki, “ASAN Xidmət” 1 ədəd SMS üçün 3,9 qəpik ödəmyə hazırdır.
Məlumat üçün bildirək ki, bu günə kimi “ASAN Xidmət” bir çox şirkətlərdən SMS paketlər alıb. Son 5 ildə satın alınan SMS-lər heç vaxt 3 qəpikdən baha olmayıb.
- 2020-ci ildə “L-Sim” MMC-dən 1 ədədi 2,2 qəpiyə 12 500 000 ədəd SMS paketi;
- 2021-ci ildə “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-dən 1 ədədi 2,1 qəpiyə 15 000 000 ədəd SMS paketi;
- 2022-ci ildə “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-dən 1 ədədi 2,1 qəpiyə 15 000 000 ədəd SMS paketi;
- 2023-cü ildə “Figensoft Azərbaycan” MMC-dən 1 ədədi 2,5 qəpiyə 15 000 000 ədəd SMS paketi;
- 2024-cü ildə “Figensoft Azərbaycan” MMC-dən 1 ədədi 2,5 qəpiyə 15 000 000 ədəd SMS paketi.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top