“Nümayəndələrim hazırda Rusiyaya gedirlər” – Tramp

tramp maska dəstək üçün “tesla” alacaq
ABŞ Prezidenti Donald Tramp deyib ki, onun nümayəndələri hazırda Rusiyaya gedirlər.
Yeniavaz.com
xəbər verir ki, Trampın sözlərinə görə, indi hər şey Rusiyadan asılıdır.
Prezident qeyd edib ki, ABŞ atəşkəslə bağlı bəzi müsbət siqnallar alıb.
Tramp həmçinin danışıqların nəticəsiz qalacağı təqdirdə Rusiyaya dağıdıcı sanksiyalar barədə xəbərdarlıq edib:
“Elə şeylər var ki, onları etmək olar, lakin onlar maddi cəhətdən xoş olmayacaq. Mən maliyyə tədbirləri görə bilərəm. Bu, Rusiya üçün çox pis olardı. Mən bunu etmək istəmirəm, çünki sülhə nail olmaq istəyirəm”.
Xatırladaq ki, martın 11-də Ciddədə Ukrayna nümayəndələri ilə görüşdə ABŞ ilkin şərt olmadan 30 günlük atəşkəs təklif edib. Kiyevdə bu təşəbbüs dərhal dəstəklənib. Moskva hələlik bu təklifə cavab verməyib.

DİGƏR XƏBƏRLƏR

Top