Atəşkəsdən sonra Qəzzada ölən fələstinlilərin sayı 130-u keçdi


Yanvarın 19-da İsrail və Fəlstinin HƏMAS hərəkatı arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra Qəzza zolağında ən azı 137 fələstinli həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı anklavın mətbuat xidmətinə istinadla məlumat yayıb.
“Atəşkəs razılaşmasının qüvvəyə mindiyi yanvarın 19-dan bəri həlak olan fələstinlilərin sayı 137-yə çatıb, onlardan 52-si Rəfah şəhərindədir”, - anklavın mətbuat xidmətinin rəhbəri Salam Maaruf bildirib.
Qeyd edək ki, yanvarın ortalarında İsrail və Fələstinin HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə yanvarın 19-da qüvvəyə minən atəşkəs haqqında razılığa gəliblər. Müqavilənin icrasının birinci mərhələsi martın 1-də başa çatıb və onun çərçivəsində 42 gün ərzində 33 girov İsrailə qaytarılıb.

DİGƏR XƏBƏRLƏR

Top