Tramp Putinlə bu həftə danışacağını bildirdi


“ABŞ və Rusiya Ukraynada atəşkəsi müzakirə etmək üçün martın 11 və ya 12-də (“bu gün və ya sabah”) görüşəcək”.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp görüşü keçirəcək nümayəndə heyətlərinin tərkibini dəqiqləşdirməyib.
Ölkə başçısı həmçinin Rusiya Prezidenti Vladimir Putinlə onun fikrincə bu həftə baş tutacaq söhbətini anons edib:
“Lakin tanqo üçün iki nəfər lazımdır. Yaxın günlərdə tam atəşkəsə ümid edirik. Putin atəşkəsə razılaşarsa, bu, Ukraynada sülhə gedən yolun 75%-i olacaq”.
Rusiya tərəfi hələ ki, Tramp və Putin arasında danışıq planlaşdırdığını açıqlamayıb. Bununla belə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RİA Novosti-yə bildirib ki, Rusiya yaxın bir neçə gün ərzində ABŞ nümayəndələri ilə təmasları istisna etmir.
Tramp həmçinin əlavə edib ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskini yenidən Ağ Evə dəvət edəcək, çünki o, Ukraynada müharibəyə son qoymaq istəyirik.
Xatırladaq ki, Zelenski sonuncu səfəri zamanı Tramp və ABŞ-nin vitse-prezidenti J.D.Venslə mübahisə etdikdən sonra Ağ Evi erkən tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top