
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, 59 kq çəki dərəcəsində çıxış edən idmançı finalda italiyalı Aurora Russoyla qarşılaşıb.
17 yaşlı güləşçimiz 4:0 hesabı ilə U-23 Avropa çempionatının qalibi olub.