İlon Maskın sərvəti bir gündə 29 milyard dollar azalıb


Son bir gündə dünyanın ən varlı adamlarının siyahısında 1-ci sırada olan İlon Maskın ümumi sərvəti 29 milyard dollar azalıb.
Yeniavaz.com
“Bloomberg”ə istinadən xəbər verir ki, “Tesla” və “SpaceX”in qurucusu, həmçinin “X” sosial şəbəkəsinin sahibi olan İlon Maskın ümumi sərvəti hazırda 301 milyard dollar təşkil edir.
Onu da bildirək ki, son bir gündə ABŞ səhm birjasının çökməsi səbəbindən bu ölkənin nəhəng şirkətlərinin səhmlərinin dəyəri kəskin ucuzlaşıb (https://www.yeniavaz.com/az/news/244023/abs-de-sehm-bazari-cokub-son-veziyyet).
Böyük miqdarda zərər edən milyarderlər arasında “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq də var. Mark Zukerberqin sərvəti bir gün ərzində 9,46 milyard dollar azalaraq 211 milyard dollara düşüb.
Bunlardan başqa “Google”un qurucularından olan Larri Peycin sərvəti son bir gündə 6,16 milyard, Sergey Brinin sərvəti isə 5,73 milyard dollar azalıb. “Microsoft”un qurucusu Bil Qeyts isə 1,1 milyard zərər edib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top