Nominal məzənnəsinə görə dünyanın ən bahalı 18 valyutası – Aralarında manat da var


Dünyanın əsas valyutası ABŞ dolları hesab olunduğu üçün digər ölkələrə məxsus valyutaların məzənnəsi  də ABŞ dollarına əsasən müəyyən olunur.
Yeniavaz.com
xəbər verir ki, hazırda dünyada nominal məzənnəsi ABŞ dollarından yüksək olan 8 valyuta var.
Nominal məzənnəsi ABŞ dollarından yüksək olan valyutaların başında Küveyt dinarı dayanır. Hazırda bir ABŞ dolları 0,31 Küveyt dinarına bərabərdir.
Qeyd edək ki, 2015-ci il devalvasiyasından əvvəl Azərbaycan manatının nominal məzənnəsi ABŞ dollarından yüksək olub. Hazırda Azərbaycan manatının nominal məzənnəsi ABŞ dolları qarşısında 1,7-yə bərabərdir və bu göstəriciyə əsasən Azərbaycan manatı dünyada 16-cı sırada yer alır.
ABŞ dolları qarşısında nominal məzənnəsi ən yükəsk olan 18 valyutanı təqdim edirik:
Küveyt dinarı – 0,31;
Oman rialı – 0,38;
Bəhreyn dinarı – 0,38;
İordaniya dinarı – 0,71;
Britaniya funt-sterlinq – 0,77;
Kayman adaları dolları – 0,83;
Frank (İsveç) – 0,88;
Avro – 0,92;
Panama balboası – 1;
Baham dolları – 1;
Bruney dolları – 1,33;
Sinqapur dolları – 1,33;
Kanada dolları – 1,44;
Avstraliya dolları – 1,59;
Azərbaycan manatı – 1,7;
Yeni Zelandiya dolları – 1,75 ;
Bosniya markı – 1,79;
Bolqarıstan levi – 1,79.


Onu da bildirək ki, hazırda ABŞ dolları qarşısında nominal məzənnəsi ən aşağı səviyyədə olan olan valyuta Livan funtu hesab olunur. Belə ki, bir ABŞ dolları 89 min 535 Livan funtuna bərabərdir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top