
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində inşa edilən yeni körpünün tikintisi son mərhələyə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti məlumat və fotolar yayıb.
Bildirilib ki, yaxın zamanda körpünün tam istifadəyə verilməsi planlaşdırılır.
“Üç aşırımdan ibarət olan yeni körpünün uzunluğu 104 metr, ümumi eni isə 21,6 metr təşkil edir. Dörd hərəkət zolaqlı olmaqla inşa edilən körpünün hər iki tərəfində piyadaların rahat hərəkəti üçün 2 metr enində səkilər də nəzərdə tutulub. Tikinti işlərinin vaxtında tamamlanması üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub”, - məlumatda deyilir.
Fotolarda artıq piyadaların körpü üzərində hərəkət etməsi əks olunub.






