
“ABŞ büdcəsi keçmiş prezident Co Baydenin administrasiyası dövründə təxminən 500 milyard dollar itirib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask “Fox News” telekanalına müsahibəsində bildirib.
O, bu rəqəmlərdə ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin məlumatlarına istinad etdiyini qeyd edib.
Qeyd edək ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ-nin büdcə xərclərinin genişmiqyaslı auditinə başlayıb. Mask, agentliyin hökumət xərclərini 2 trilyon dollar azaltmağı gözlədiyini bildirib.