“Qarabağ” klubların reytinq siyahısında ilk 100-lüyü tərk edib


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, 500 klubun olduğu siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” 147,75 xalla 103-cü pillədə qərarlaşıb.
Əvvəlki siyahıda “Qarabağ” 87-ci pillədə yer alırdı.
Qeyd edək ki, “Qarabağ”dan başqa Azərbaycanın daha 2 klubu reytinq cədvəlində yer alıb. “Zirə” 98,25 xalla 219-cu, “Sabah” isə 68,5 xalla 353-cü sırada qərarlaşıb.
Məlumat üçün bildirək ki, sıralamada ilk 5 yeri bu komandalar tutur:
1. “Real Madrid” (İspaniya) – 507 xal;
2. “Bayer 04 Keverkuzen” (Almaniya) – 404 xal;
3. “Atalanta” (İtaliya) – 386 xal;
4. “Liverpul” (İngiltərə”) – 377 xal;
5. “Barceloma” (İspaniya) – 356 xal.


Bundan əlavə, siyahıda Türkiyənin “Fənərbağça” klubu 23-cü, “Qalatasaray” klubu isə 46-cı sırada yer alıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top