Marko Rubio martın 10-12-də Ciddədə Ukrayna tərəfi ilə danışıqlar aparacaq


ABŞ dövlət katibi Marko Rubio martın 10-12-də Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edəcək və ukraynalı həmkarları ilə danışıqlar aparacaq.
Yeniavaz.com
Ağ Evdən verilən məlumata istinadən xəbər verir ki, Marko Rubio Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə də görüşərək regionda ortaq maraqların irəlilədilməsi və ABŞ-Səudiyyə münasibətlərinin gücləndirilməsi yollarını müzakirə edəcək.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ administrasiyası müxtəlif səviyyələrdə Ciddədə qarşıda duran danışıqlar barədə məlumat verib
Bundan əlavə, Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Trampla mübahisə etdikdən sonra növbəti görüşə hazırlıqların getdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top