
Bu ilin yanvar ayında Azərbaycandan MDB ölkələrinə olan təyyarə biletlərinin orta qiyməti 676 manat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə təyyarə ilə bir gedişin orta qiyməti 30% və ya 156 manat artıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə MDB ölkələrinə təyyarə ilə bir gedişin orta qiyməti 520 manat olub.
Məlumat üçün onu da bildirək ki, digər ölkələrə təyyarə ilə bir gedişin orta qiyməti MDB ölkələrindən fərqli olaraq ucuzlaşıb. Belə ki, ötən ilin yanvar ayında təyyarə ilə bir gedişin orta qiyməti 567 manat olduğu halda bu ilin yanvar ayında bu məbləğ 520 manata düşüb.
Murad Məmmədov