“Azərbaycanla açılacaq rabitə xətlərinə üçüncü ölkə qüvvələri yerləşdirilə bilməz”


Ermənistan üçüncü ölkə qüvvələrinin Azərbaycanla açılacaq rabitə xətlərinə yerləşdirilməsini qəbuledilməz hesab edir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İran Dövlət Televiziyasına (IRIB) müsahibəsində bildirib.
“Bu məsələdə üçüncü qüvvələr haqqında danışmaq Ermənistan üçün qəbuledilməzdir. Yəni, biz belə bir ehtiyac görmürük və təbii ki, belə bir ehtiyac yoxdur”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Paşinyan İrəvanın Bakıya dəmir yolu əlaqəsinin açılması ilə bağlı həm erməni, həm də Azərbaycan xalqları üçün məqbul olan təkliflər göndərdiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top