
Ay missiyaları üçün nəzərdə tutulmuş “Starship” təkrar istifadə edilə bilən kosmik gəminin və “Super Heavy” raketin çərşənbə axşamına planlaşdırılan səkkizinci sınaq buraxılışı uçuşa 40 dəqiqə qalmış ləğv edilib.
Yeniavaz.com xəbər verir ki, ləğv edilmənin səbəbi açıqlanmayıb.
“SpaceX”in Aya insanlı missiyalar üçün inkişaf etdirilən “Starship” sistemi əvvəlki yeddi sınaq buraxılışından çıxıb. Ötən il keçirilən onlardan 4-ü uğurla başa çatıb. Lakin yanvarın 17-də sonuncu buraxılış uğursuzluqla başa çatıb: ikinci mərhələ orbitə çatmayıb və “Starship”in özü daşıyıcıdan ayrıldıqdan sonra məhv edilib. Prototip gəminin qəzaya uğraması videoya çəkilib.
Hadisəyə baxmayaraq, korporasiyanın baş direktoru İlon Mask bildirib ki, növbəti sınaq buraxılışı ona bir sıra təkmilləşdirilmiş hissələri yoxlamağa imkan verib. Onun sözlərinə görə, gəmidə mühərrikin təhlükəsizlik divarının üstündəki boşluqlarda oksigen və ya yanacaq sızması ola bilərdi.