
Ötən il xaricdən Azərbaycana 6 milyon 560,5 min dollar dəyərində 1 227,8 ton kakao tozu gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən idxal olunan kakao tozunun 1 kiloqramının orta gömrük dəyəri 9,1 manat (5,3 dollar) olub.
Qeyd edək ki, idxal olunan kakao tozunun təxminən yarısı – 645,6 tonu Türkiyənin payına düşüb. Türkiyədən idxal olunan kakao tozunun 1 kiloqramının gömrük dəyəri isə 10,8 manat (6,3 dollar) olub.
Məlumat üçün bildirək ki, bu ilin yanvar ayında idxal olunan kakao tozunun 1 kiloqramının orta satış qiyməti marketlərdə 33,4 manat olub.
Murad Məmmədov