Yoqurt Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Marketlərdə 2,7 dəfə baha satılır


Ötən il Azərbaycana xarici ölkələrdən 2 600 ton yoqurt gətirilib.
Yeniavaz.com
-un açıqlanan sonuncu rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal olunan yoqurtun 1 kiloqramının orta gömrük dəyəri 2 manat 80 qəpik (1,65 dollar) təşkil edib.
Məlumat üçün bildirək ki, ixdal olunan yoqurt Azərbaycana əsasən aşağıdakı ölkələrdən gətirilib:
Qazaxıstan – 1 272 ton (1 kiloqramının orta gömrük dəyəri 2 manat 87 qəpik);
Belarus – 739 ton (2 manat 58 qəpik);
Rusiya – 268,6 ton (3 manat 20 qəpik);
İran – 159 ton (2 mnat 4 qəpik);
Türkiyə – 55,4 ton (2 manat 5 qəpik);
Latviya – 91 ton (3 manat 12 qəpik);
Litva – 10,4 ton (7 manat 80 qəpik);
Almaniya – 2,6 ton (13 manat 42 qəpik).


Onu da qeyd edək ki, bu ilin yanvar ayında idxal olunan yoqurtun 1 kiloqramının marketlərdə orta satış qiyməti 7,5 manat təşkil edib. Açıqlanan rəqəmlərdən də göründüyü kimi, yoqurt marketlərdə gömrük dəyərindən 2,7 dəfə baha satılır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top